Sabahdan hava dəyişəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Bakıda və Abşeron yarımadasında iyulun 14-ü axşamdan 16-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz 26-31° isti olacaq.

İyulun 14-ü axşamdan 16-dək bəzi rayonlarda qərb küləyinin arabir 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.

Leave a ReplyCancel reply