İşlənmiş batareyaları hara təhvil vermək olar?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ətraf mühitə zərər verən işlənmiş batareyaları təhvil vermək üçün nəzərdə tutulmuş məntəqələrin siyahısını açıqlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, işlənmiş  batareyaları digər tullantılardan ayırmaq onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək deməkdir.

Buna görə işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması üçün “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verilib.

Aşağıda hazırda konteynerlərin mövcud olduğu məntəqələrin ünvanları qeyd olunub. Məntəqələrin sayının artırılması işləri davam etdirilir.

Leave a Reply