Azərbaycanda qida məhsullarının istehsalı artıb

Emal sənayesində 2022-ci ilin yanvar-may aylarında 7058,7 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət Statistika Komitəsindən məlumatına əsasən əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 8,9 faiz artım, tütün məmulatlarının istehsalında 7,2 faiz, içki istehsalında isə 10,4 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 35,4 faiz, kərə yağının istehsalı 1,4 faiz artmış, duru bitki yağlarının istehsalı isə 8,1 faiz azalıb.

Leave a Reply Cancel reply