“Ən yaxşı yerli sənədli film” kateqoriyası üzrə nəzərdə tutulan mükafat müəyyən edilib

Azərbaycan Fransız İnstitutu “Ən yaxşı yerli sənədli film” kateqoriyası üzrə nəzərdə tutulan mükafatı açıqlayıb.

TIME DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının mətbuat xidməti məlumatına istinadən bildirir ki, mükafata Fransaya (Azərbaycan – Fransa) gediş-dönüş aviabileti, Biarritsə (Fransa) gediş-dönüş qatar bileti, həmçinin Biarritsdə yaşam xərclərini qarşılamaq üçün 500 avro məbləğində vəsait daxildir.

Bu mükafatı qazanan yerli müsabiqənin qalibi 20-28 yanvar tarixində baş tutacaq Biarrits FIPADOC 2023 Beynəlxalq Sənədli Film Festivalında iştirak etmək imkanı əldə edəcəkdir. Təyyarə və qatar bileti Biarrits Beynəlxalq Sənədli Film Festivalının startından 3 ay öncə DokuBaku’ya veriləcək və qalibə təqdim olunacaq.

Festivalda iştirak üçün FilmFreeWay-a müraciət edə bilərsiniz. Filmlərin təqdim olunması üçün son tarix 12 İyul 2022-ci ildir.

Leave a Reply