Leyla Abdullayeva: Azərbaycanla Türkiyə münasibətlərinin dünya tarixində bir bənzəri yoxdur

“Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda Diplomatiya Həftəsi çərçivəsində könüllü gənclərin Türkiyenin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşü keçirilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, görüş zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Şuşa Bəyannaməsindən Sonra Türkiyə-Azərbaycan Müttəfiqlik Münasibətləri, Yeni Regional Reallıqlar və Qarabağın Yenidən Qurulması və İnkişafında Türkiyənin Rolu” mövzusunda məruzə ilə çıxış edib.

Çıxışında Leyla Abdullayeva Azərbaycanla Türkiyə arasında olan münasibətlərin dünya tarixində bir bənzəri olmaığını qeyd edib: “Türkiyə-Azərbaycan münasibətləri strateji müttəfiqlik xətti ilə inkişaf edir. Bu münasibətlərin gələcəkdə daha da yüksək zirvələrə çatdırılması istiqamətində səy göstərəcəyik və səyimizi əsirgəməyəcəyik. Türkiyə Azərbaycana bu günə qədər ən böyük siyasi dəstəyi göstərmiş qardaş dövlətdir. Türkiyənin, həmçinin, azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərində də rolu çox böyükdür”.

Leave a Reply Cancel reply