“Gənc Fermer” Ümumrespublika Biznes Oyunu layihəsinə start verilir

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Beynəlxalq Bankının tərəfdaşlığı ilə “Gənc Fermer” Ümumrespublika Biznes Oyunu layihəsinə start verilir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, layihənin məqsədi gənclərin aqrar biznes sahəsində bilik və bacarıqlarının artırılmasıdır.

İştirakçılara layihələrin yazılması, aqrar təsərrüfat sahələri üzrə təlimlər və səfərlər təşkil olunacaq.

Növbəti mərhələdə isə rayondaxili və final olmaqla, 2 mərhələdə təşkili nəzərdə tutulub.

Birinci mərhələdə münsiflər heyətinin qiymətləndirməsinə əsasən, hər rayon üzrə bir qalib komanda rayonlararası yarışa vəsiqə qazanacaq. 2022-ci ilin Gənclər Paytaxtı olan Tovuz rayonunda keçiriləcək final mərhələsində isə oyunun qalibləri müəyyənləşəcək.

İlk 3 yerin qalibi olan gənclər mükafatlandırılacaq, müxtəlif qurumlarda peşəkar təcrübə imkanı qazanacaqlar.

Qeydiyyatdan keçmək üçün linkə daxil olun.

Leave a Reply Cancel reply