30 bağça müdiri vəzifəsindən azad edilib

Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir. 

TIME rəsmi mənbəyə istinadən bildirir ki, aparılmış monitorinqlər nəticəsində 30 nəfər çalışmanın yaş həddinə çatmış müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib. 
 
Belə ki, həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub.

Leave a Reply