Azərbaycan Ordusunda intiharla bağlı cinayət işi başlanıb

Azərbaycan Respublikasə Baş Prokurorluğu müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun intiharı ilə bağlı cinayət işinə başlayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, mediadan daxil olmuş sorğuya cavab olaraq Baş Prokurorluq, iyulun 5-i saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparıldığını qey edib.

Leave a Reply Cancel reply