Avtomobillərin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilir

Azərbaycanda sığorta sektorunun canlanmasına dəstək göstərmək məqsədi ilə daha addım atılıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, avtomobillər yalnız qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqdan sonra texniki baxışdan keçiriləcək.

Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydasına dəyişiklik edilir.

Bununla bağlı “Yol hərəkəti haqqında” qanunun 30-cu maddəsinə (Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi) dəyişiklik təklif olunur.

Dəyişikliklə qanuna yeni maddə əlavə olunur. Yeni maddəyə əsasən, avtonəqliyyat vasitələri “İcbari sığortalar haqqında” qanuna uyğun olaraq sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə isə habelə sərnişinlərinin (şəhərdaxili və qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu qayda müvafiq icra sığorta müqaviləsinin mövcudluğu “İcbari sığortalar haqqında” qanunda nəzərdə tutulan elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.

Leave a Reply Cancel reply