Bu il qurbanlıq heyvan neçəyədir?

İslam təqviminə əsasən qarşıdan Qurban bayramı gəlir və üç gün qeyd edilir. Yəni bu üç gün 27, 28 və 29 iyun tarixləri içərisində insanlar öz qurbanlarını gün çıxandan gün batana qədər kəsə və paylaya bilərlər.

TIME bildirir ki, bazarda qurbanlıq ətin qiymətləri ilə bağlı araşdırmanın nəticələrinə əsasən məlum olub ki, bu il qurbanlıq qoyunlar həm diri çəkidə, həm də təmiz ət çəkisində bahalaşıb.

Diri çəkidə qoyunun 1 kiloqramının qiyməti 9-11 manat arasında dəyişir, halbuki ötən il onun qiyməti 6.90-7.50 arasında idi. Təqribən 30 kiloqram gələn qoyunun minimum 15 kilo təmiz ətinin olduğu bildirildi. Belə olan halda 30 kiloqramlıq bir qoynun qiyməti təqribən 270 manat təşkil edir, bir kiloqram ətin qiyməti isə 2-3 manat bahalaşaraq təqribən 16-18 manat arasında dəyişir. Qoyunu diri çəkidə almaq istəməyənlər isə kəsdirib təmiz ətinin pulunu ödəyə bilər. Belə olan halda da ətin bir kiloqramının qiyməti 16-18 manata təklif edilir.

Din xadimləri əslində heyvanı diri olaraq almaq məqsədəuyğun olduğunu qeyd edirlər.

Qurban kəsdirmək istəyən şəxs birinci qurbanlıq heyvanı seçir və sonra kəsilmədən öncə qurbanlıq heyvan diri şəkildə tərəziyə qoyulur və çəkisi müəyyən edildikdən sonra pulunu ödəyib sonra kəsdirir. Bu dinimizə uyğundur. Lakin şəxs qurbanlıq heyvanı seçəndən sonra kəsilib tərəziyə qoyulub çəkisi müəyyən edildikdən sonra pulunu ödəyib alırsa, bu düz deyil.

Qurbanlığı kəsmək əsasən Məkkədə Həcc ziyarətində olanlara vacibdir, digər şəhərələrdə və regionlarda olan imkanlı insanlar üçün isə qurban kəsmək savab əməl və gözəl bir işdir.

Qurbanı kəsən şəxs onun bir hissəsini özünə götürməli, bir hissəsini hədiyyə olaraq verməli, üçüncü hissəsini isə imkansız insanlara paylamalıdır.

Qurbanı pul ilə əvəz edib ehtiyacı olan şəxsə vermək də doğru deyil, lakin bu o zaman mümkün olur ki, qurbanlıq heyvan tapılmasın.

Qəssab dükanlarında heyvanı qurbanlıq adı ilə kəsib satılması düzgün deyil. Əgər bir nəfərin imkanı yoxdursa, bir neçə nəfər birləşib bir heyvan alıb qurban kəsdirə bilər. Ancaq xırdabuynuzlu heyvanı yaxşı olardı ki, bir nəfər qurbanlıq kimi kəssin, iribuynuzlu heyvanı isə bir neçə nəfər alıb kəsdirə bilər.

Leave a Reply