Pensiyalar nə vaxt ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iyul ayında Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda pensiyaların veriləcəyi tarixlə bağlı açıqlama yayıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, iyulun 8-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.

2022-ci il üzrə ödənilən 200 manat maddi yardımın növbəti rüb üzrə veriləcək 50 manatı da iyul ayının pensiyasının üzərinə əlavə olunacaq.

Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Leave a Reply Cancel reply