Diqqət! DİN adından vətəndaşlardan pul tələb edən saxta mesajlar göndərilir

Dələduzlar DİN adından vətəndaşları saxta mesajlarla aldadaraq onlara aşağıdakı mətndə mesajlar göndərir və şantaj edib pullarını ələ keçirməyə çalışır.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi aşağıda göstərilən saxta müraciətlərin əsassız olduğunu qeyd edir və bu kimi mesajlara aldanmamağa çağırır:

“Saxta keçid: “mvd-oplata[.]tech” Saxta mesaj:

“AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏN Bildiriş!

Siz Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmuş materialları olan məhz pedofiliya elementləri, zorakılıq və homoseksualizm təbliğatlı pornoqrafik saytlara dəfələrlə ziyarət etdiyiniz üçün blok olunursunuz. Bloku ləğv etmək üçün WebMoney Z861431437083 cüzdanının dövlət nömrəsinə 70 manat cərimə ödəməlisiniz. Cəriməni istənilən EManat, EasyPay terminalında ödəyə bilərsiniz. Bunun üçün terminalda bölməni seçin:

– ‘Elektron pul’, ‘Elektron ticarət’ və ya ‘Ödəniş sistemləri’

– WebMoney

– nömrəni yığın:

– Z861431437083

– pul qəbuledicisinə 70 manat məbləğində pul əskinasları daxil edin və ödəmək nişanı üzərinə sıxın. Cərimə ödənildikdən sonra bloklanma avtomatik olaraq açılacaq. Cərimənin ödənilməsindən imtina etdiyiniz və ya cəriməni ödəmədən bloklanmanı açmağa cəhd etdiyiniz halda, həbs olunmağınız üçün yaşayış yerinizə dərhal istintaq-əməliyyat qrupu göndəriləcək. İş üzrə bütün materiallar AR CM-nin (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin) 137-ci maddəsinə əsasən cinayət törədilməsi faktı üzrə cinayət işinin açılması barədə qərarın çıxarılması üçün prokurorluğa göndəriləcək. Cərimənin ödənilmə müddəti bildirişin təqdim edilməsindən sonra 6 saat təşkil edir!.

Status: ödənişi gözləyir.”

Leave a Reply Cancel reply