V qrup və 9 illik bazadan kolleclərə qəbul olmaq üçün qabiliyyət imtahanına buraxılış vərəqələri təqdim edilib

Abituriyentlər Bakıda fəaliyyət göstərən aşağıdakı komissiyalar üzrə “İmtahana buraxılış vərəqələri”ni çap edə bilərlər.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

KomissiyaKomissiya kodu
Dekorativ tətbiqi sənət (ikinci imtahan)15
İnstrumental ifaçılıq (Bakı-AMK nəzdində Musiqi Kolleci)220
İnstrumental ifaçılıq (Bakı-digər müəssisələr)221
Xalq çalğı alətləri ifaçılığı (Bakı-AMK nəzdində Musiqi Kolleci)222
Bədii yaradıcılıq141
Xanəndəlik223
Klassik vokal224
Aşıq sənəti227
Xalq çalğı alətləri ifaçılığı (Bakı-digər müəssisələr)230


İmtahana gələn abituriyentlər aşağıdakı sənədləri gətirməlidirlər:

–      imtahana buraxılış vərəqəsini; 

–      şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

–  Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Musiqi sənəti və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların şəxsi səhifələrində “İmtahan proqramı” forması yerləşdirilib. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

Gecikən abituriyentlər qabiliyyət imtahanına buraxılmayacaqlar.

Leave a Reply Cancel reply