Sosial sığorta ödəmələrinizə onlayn rejimdə necə nəzarət edə bilərsiniz? – VİDEO

Dövlət Sosial Müdafiə Fondu (DSMF) yeni e-xidmət təqdim edib, artıq sosial sığorta ödəmələri ilə bağlı müraciətinizin nəticəsini onlayn rejimdə görə bilərsiniz.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi yeni elektron xidmət vasitəsilə bundan sonra aşağıda göstərilən sosial sığorta ödəmələri ilə bağlı müraciətlərinizə baxılmasının nəticəsini hər hansı bir quruma müraciət etmədən, onlayn rejimdə öyrənə bilərsiniz.:

  • əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə,
  • hamiləliyə və doğuma görə,
  • uşağın 3 yaşı tamam olanadək ona qulluq etməyə görə,
  • uşağın anadan olmasına görə,
  • dəfn xərci kimi nəzərdə tutulan müavinət

Bunun üçün e-sosial.az portalında qeydiyyatdan keçmək üçün 5 üsuldan birini seçib portala, ordan isə şəxsi kabinetinizə daxil olurmalısınız. Daha sonra açılan növbəti səhifədə “Sosial sığorta ödəmələri” bölümünü seçməlisiniz. Bu zaman müraciətinizin nəticəsi olaraq məlumatı-müraciətin qəbul edilmə tarixi, təyin olunan müavinətin növü, məbləği, ödənişə göndərilmə tarixi və s. məlumatları görəcəksiniz.

Leave a Reply