Cəlilabadda 14 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur – VİDEO

Yolların ümumi uzunluğu 36.2 km, eni ortalama 10 metrdir.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Cəlilabadın Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli marşrutu üzrə kəndlərarası avtomobil yollarını əhatə edən layihə üzrə:

– Şiləvəngə-Adnalı-Bədirli yolu hissəsində asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.

– 2.5 km-lik Təklə-Abazallı hissəsində torpaq işləri yekunlaşıb, hazırda yol əsasının alt layının tikintisi aparılır.

– Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı və Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarının 20 km-lik hissəsində isə torpaq işləri və suötürücü boruların inşası yerinə yetirilib.

Yolun Təklə kəndi ərazisində yerləşən mövcud 54 metrlik 3 aşırımlı körpünün layihə üzrə təmiri yekunlaşıb.

Layihənin sonuncu mərhələsində:

– avtobus dayanacaqlarının,

– yol nişanlarının quraşdırılması,

– yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yollar ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.

Leave a Reply Cancel reply