Milli Müdafiə Universiteti ilə bağlı normativ aktlara dəyişikliklər edilib

Normativ aktlara Milli Müdafiə Universiteti ilə bağlı dəyişikliklər edilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, ölkə Prezidentinin 2022-ci il 5 mart tarixli 1626 nömrəli Fərmanı ilə Silahlı Qüvvələrin Hərbi Akademiyasının əsasında Müdafiə Nazirliyinin strukturunda xüsusi təyinatlı təhsil müəssisəsi olan Milli Müdafiə Universiteti, bu Universitetin tabeliyində isə Hərbi Elmi Tədqiqiat, Hərbi İdarəetmə və Heydər Əliyev adına Hərbi institutlar yaradılıb.

Adıçəkilən Fərmanla nazirliyin sturukturuna daxil olan Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey sözügedən Universitetin tabeliyinə verilmişdir. Universitetin tabeliyində yaradılmış müvafiq institutlar Silahlı Qüvvələrinin Hərbi Akademiyasının, Heydər Əliyev adına Hərbi İnstitut isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin əsasında yaradılıb.

Qeyd olunanlarla əlaqədar Nazirlər Kabinetinin qərarlarına dəyişiklik edilməsi zərurəti yaranıb.

Leave a Reply