Magistraturaya qəbul imtahanları üzrə statistik göstəricilər açıqlanıb

Bu il keçirilən imtahanlarla bağlı müəyyən statistik göstəriciləri və bəzi göstəricilərin ötən ildə keçirilən analoji imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edirik

TIME rəsmi mənbəyə istinadən bildirir ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanları bu il də 2 dəfə – fevralın 20-də və mayın 29-da keçirilib.

Hər iki imtahanla bağlı ümumi statistik göstəriciləri və bəzi göstəricilərin ötən il keçirilən analoji imtahanlarla müqayisəsinə aid məlumatları təqdim edirik.

2022-ci ildə keçirilən imtahanlarda, ümumilikdə 20822 bakalavr iştirak edib. Ötən il müvafiq göstərici 22007 nəfər idi.

Bu il bakalavrların yarısının imtahanlarda topladığı bal 50-dən yüksək (median 50.84) olub. Ötən il bu göstərici 50 baldan aşağı (median 49.61) idi. Ümumiyyətlə, son illərdə imtahan iştirakçılarının nəticələrinin yaxşılaşdığını qeyd edə bilərik. 2014-2016-cı illərdə 50 baldan yuxarı nəticə göstərənlər imtahanda iştirak edənlərin təxminən 25-32%-ni təşkil ediblər.

Bu il 91 va daha yuxarı bal toplayanların sayı 74 nəfər, 81 və daha yuxarı bal toplayanların sayı 593 nəfər, 71 və daha yuxarı bal toplayanların sayı 2245 nəfər olub. Ötən il analoji göstəricilər 35, 392 və 1938 nəfər olub. Göründüyü kimi bu il yüksək bal toplayanların sayı daha çoxdur.

Xatırladaq ki, imtahan toplanılan bilən maksimum bal 100-ə bərabərdir. İmtahanda bakalavrlara məntiqi təfəkkür üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı olmaqla, ümumilikdə 100 test tapşırığı təqdim olunub. Hər bir sual 1 balla qiymətləndirilib.

Aşağıdakı cədvəllərdə bakalavrların 2022 və 2021-ci illərdə keçirilən imtahanlarda topladıqları ballar üzrə histoqramlarla tanış ola bilərsiniz. 

2022-ci il

İştirakçıların sayı : 20822 

Bal intervalları Bakalavrların sayı (tezliklər)
0 – 01
1 – 51
6 – 1015
11 – 1569
16 – 20244
21 – 25602
26 – 30971
31 – 351319
36 – 401820
41 – 452282
46 – 502634
51 – 552689
56 – 602465
61 – 651959
66 – 701506
71 – 751015
76 – 80637
81 – 85346
86 – 90173
91 – 9560
96 – 10014

2021-ci il

İştirakçıların sayı : 22007

Bal intervallarıBakalavrların sayı (tezliklər)
02
1 – 53
6 – 106
11 – 1555
16 – 20187
21 – 25485
26 – 30973
31 – 351573
36 – 402207
41 – 452756
46 – 502992
51 – 552822
56 – 602570
61 – 651994
66 – 701444
71 – 75940
76 – 80606
81 – 85272
86 – 9085
91 – 9532
96 – 1003

Leave a Reply Cancel reply