Keçmiş kürəkəni öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Keçmiş kürəkəni öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, 25 aprel 2022-ci il tarixdə Salyan rayonu, Təzəkənd kənd sakini 1985-ci il təvəllüdlü Faiq Məlikovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Salyan rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılmış istintaqla, 1952-ci il təvəllüdlü Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə  əsaslı şübhələr müəyyən edilib.

Məlikağa Əliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Leave a Reply Cancel reply