Sabahdan Yasamal rayonunda yolun təmirinə başlanılır

Sabah saat 08:00-dan başlayaraq Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyin sürücülərdən aparılacaq təmir işlərinə anlayışla yanaşmalarını, qeyd olunan tarixlərdə təmir işlərinin aparıldığı ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edib.

Təmir işləri 3 iyul saat 20:00-dək aparılacaq. Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Leave a Reply