“İctimai Wi-Fi” xidməti məhdudlaşdırılıb

“Bakı Telefon Rabitəsi” MMC göstərdiyi xidmətlərin optimallaşdırılması məqsədilə “İctimai Wi-Fi” xidmətinin mövcud olduğu ərazilərdə müştərilərin xidmətdən istifadəsi üzrə monitorinq işləri aparıb.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, keçiriln monitorinqin nəticələrinə əsasən, daha çox tələbatın olduğu ərazilər istisna olmaqla, digər ərazilərdə bu gündən etibarən xidmətin dayandırılmasına qərar verilib.

“İctimai Wi-Fi” xidməti Qış parkında, “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğunun daxilində ərazidə, Sabir bağında, Xaqani bağıda, Axundov bağında, Zabitlər parkında, Hüseyn Cavid parkında, İzmir parkında, Sahil bağında, Səməd Vurğun bağında, Muğan bağında, “Fashion Avenue” küçəsinin ərazisində, Dədə Qorqud parkında, Beynəlxalq Avtovağzalın perronunda dayandırılıb.

Dənizkənarı Milli Park (Köhnə Bulvar, Ağ Şəhər Bulvarı əraziləri), Dövlət Bayrağı Meydanı (Su İdmanı Sarayına qədər), Heydər Əliyev Mərkəzinin parkı ərazilərində “İctimai Wi-Fi” xidmətinin fəaliyyətinin daha da təkmilləşdirilməsi nəzərdə tutulur.

Leave a Reply