Uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsait 24 milyon manatadək artırılacaq

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin artırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, bu gün Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, maliyyə vəsaitinin böyük əksəriyyəti əmək pensiyaları üzrə maddi yardıma əməkhaqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üçün sərf ediləcək.

Deputat vurğulayıb ki, uşağın anadan olmasına görə müavinətlərə ayrılan vəsaitin daha 4 milyon manat artırılaraq 24 milyon manata çatdırılması nəzərdə tutulur. Artım uşağın doğulmasına görə müavinətin məbləğinin bu ilin əvvəlindən 200 manatdan 300 manata çatdırılması ilə əlaqədardır.

Dəyişikliklər nəticəsində Dövlət Sosial Müdafiəsi Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 5606,3 milyon manat təşkil edəcək ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 299,5 milyon manat və ya 5,6 faiz çoxdur.

Leave a Reply Cancel reply