Qurban bayramı 4 qeyri iş günü olacaq

Qurban bayramı münasibəti ilə qeyri-iş günlərinin sayı məlum olub.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu il iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib.

İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdiriləcək. Nəticədə 11-12 iyul qeyri-iş günləri olacaq.

Leave a Reply