Daha iki xəstəlikdən əziyyət çəkən şəxslər pensiya ilə təmin ediləcəklər

Sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququ olan şəxslərin siyahısı genişləndirildi.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, Prezident İlham Əliyev “Onkoloji yardım haqqında” və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Yeni qanuna əsasən, onkoloji xəstələrin, eləcə də dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sosial müavinət və (və ya) əmək pensiyası almaq hüququ olacaq.

Leave a Reply