Bakı Məşqçilik komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlərin nəzərinə!

Digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında məlumat veriləcək.

TIME rəsmi mənbəyə istinadən bildirir ki, abituriyentlər Bakıda fəaliyyət göstərən Məşqçilik Qabiliyyət İmtahanı Komissiyaları (78 və 84-cü komissiyalar) üzrə “İmtahana buraxılış vərəqələri”ni çap edə bilərlər. İmtahana gələn abituriyentlər aşağıdakı sənədləri gətirməlidirlər:

–      imtahana buraxılış vərəqəsini; 

–     sağlamlıq haqqında arayışı (086U formalı tibbi arayış);

–      şəxsiyyəti təsdiq edən sənədin əslini: 

a)   Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; 

b)   əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; 

–  Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana gecikən abituriyentlər imtahana buraxılmayacaqlar.

Leave a ReplyCancel reply