İkinci Dünya Müharibəsi haqda ən yaxşı 50 film

1939-cu il sentyabrın 1-də Almaniya Polşanı işğal edərək dünyanı ikinci dəfə müharibəyə başlamağa məcbur etdi. Böyük və uzun sürən müharibə nəticəsində 1945-ci il sentyabrın 2-də yaponların təslim olması ilə sona çatmamış təxminən 75 milyon insan həlak oldu. O vaxtdan sonrakı illərdə İkinci Dünya müharibəsi ilə bağlı yazılmış yüzlərlə, bəlkə də minlərlə kitab və filmlər çəkilib. Bu layihələr müharibəni hər bucaqdan göstərib – müttəfiqlər, əsgərlər, mülki əhali, müqavimət göstərən döyüşçülər, müharibə əsirləri, yəhudi xalqı və digər təqib olunana xalqlar.

Bu gün əksəriyyətimiz boş vaxtın məhdud olmasından bu kitabların hamısını oxumaq və ya bütün bu filmlərə baxmaq qeyri-mümkündür. Lakin Stacker İkinci Dünya Müharibəsi haqda bu günədək çəkilmiş ən yaxşı 50 film siyahısı yaradıb, hansı ki boşuna vaxt itirmədən son ən böyük və dəhşətli müharibə haqda dolqun məlumat almağa imkan verir.

TIME bildirir ki, bu siyahını yaratmaq üçün Stacker Metacritic və IMDb filmlərinin bu mövzuda ən yüksək reytinqli filmlərin siyahısını tərtib edib. İkinci Dünya Müharibəsi haqda Top 50 ən yaxşı filmlərin siyahısını aşağıda təqdim edirik:

50. Ən qaranlıq saat – The Darkest Hour (2017)

Qari Oldmanı baş nazir Uinston Çörçill kimi ulduz edən “Ən qaranlıq saat” 1940-cı ilin yazında Böyük Britaniya müharibədə tərəf seçməlidir… Dramın bir çox tarixi faktlara sadiqliyi bu filmi diqqət çəkir.

49. Avropa Avropa – Europa Europa (1990)

1990-cı ildə çəkilmiş “Avropa Avropa” filmi Solomon Perelin real həyat hekayəsi əsasında çəkilib. Alman yəhudisi özünü Aryan kimi gələmə verir və sonda Gənc Hitlerçilər sıralarına yazılır. Perelin “Mən gənc Hitlerçi Salomon idim” avtobioqrafiya əsəri əsasında çəkilən film “Ən yaxşı xarici dildə film” nominasiyasında Qızıl Qlobus mükafatını qazanıb.

48. Mənim torpağım – Land of Mine (2015)

Danimarka-Almaniya istehsalı olan “Land of Mine” filmində təslim olduqdan sonra 2 milyondan çox aktiv minanı Danimarkadan təmizləmək əmri verilən alman müharibə məhbuslarının hekayəsindən bəhs edilir. Cenevrə konvensiyalarına əsasən, bu üsulla minaların çıxarılması əslində müharibə cinayəti idi və nəticədə minlərlə gənc həlak oldu və ya yaralandı.

47. The Longest Day – Ən Uzun Gün (1962)

1962-ci ildə işıq üzü görən ağ-qara “Ən uzun gün” filminin istehsalına 10 milyon dollar xərclənib. Filmdə çox məşhur bir sıra üzlər görünür. Bunlar Con Ueyn, Robert Mitkum, Henri Fonda, Şon Konneri və Riçard Burtondur.

46. Cinayətkarlıq Ordusu – Army of Crime (2009)

Serj Le Péron tərəfindən yazılmış bir hekayədən adaptasiya olunmuş “Cinayət ordusu” filmi sürgün edilmiş şairinin başçılıq etdiyi müqavimət bölüyünün Parisdə hekayəsindən bəhs edir.

45. Onların ən yaxşısı – Their Finest (2016)

Siyahıda yer alan bir neçə komediya filmindən biri “Onların ən yaxşısı” filmi Lisa Evansın “Onların ən gözəl saat yarımı” (“Their Finest Hour and a Half”) romanından adaptasiya olunub. Roman 2-ci Dünya Müharibəsi dövründə yaşanan sevgisi hekayəsidir. Film qadınların müharibə zamanı rollundan bəhs edir.

44. Cəhənnəm qəhrəmanlar üçündür – Hell Is for Heroes (1962)

“Cəhənnəm Qəhrəmanlar üçündür” filmində kiçik, 12 nəfərlik birlik, 48 saat saxlanması lazım olan cəbhənin bir hissəsini müdafiə etmək üçün məsuliyyət daşıyır. Kiçik qrupun çarəsiz üzvləri arasında bəzi ağır münaqişənin olması missiyanı daha da çətinləşdirir. Film yaxşı amerikalı oğlandan daha çox antiqəhrəmanı nümayiş etdirən ilk filmlərdən biri kimi xarakterizə etmək olar.

43. Lore (2012)

Film nasist ailəsinin Almaniyadan köçərək təhlükəsiz yerə qaçmalarını, rejimə bir zamanlar güclü inamlarını hər addımda itirdiklərindən bəhs edir.

42. Sofi Şoll: Son GünlərSophie Scholl: The Final Days (2005)

1943-cü ildə faşistlər müharibəyə etiraz edən broşüralar paylayan fəal universitet tələbəsi Sofi Şollu edam edirlər (ona qarşı irəli sürülən ittiham: dövlətə xəyanət). 2005-ci ildə ən yaxşı xarici film nominasiyasında Oskara namizəd olan bu film onun hekayəsindən bəhs edir. Filmin süjeti Sofinin dindirilməsi təfərrüatlarını əks etdirən polis qeydlərinə əsaslanıb və onun həyatının son altı günü ilə bağlı real və təsirli hekayəni əks etdirir.

41. Böyük Qırmızı The Big Red One (1980)

Yazıçı və rejissor Sem Fullerin döyüş xatirələrinə əsaslanan “The Big Red One” filmi Şimali Afrikadan Siciliyaya, Omaha çimərliyinə gedən yolda 1-ci Piyada Diviziyasında döyüşən beş veteran haqdadır. Fullerin filminin orijinal versiyası 270 dəqiqə idi, lakin kinoteatrda buraxılış 113 dəqiqəyə qədər olduğu üçün onun bir hissəsi kəsildi.

40. DumandaIn the Fog (2012)

“Dumanda” filmi nasistlərlə əməkdaşlıq etdiyi güman edilən Rusiya vətəndaşının həyat hekayəsidir. Film müharibənin əxlaqi kompasımıza saldığı dumanı və hər şeyi aydın görmək qabiliyyətini araşdırır.

39. Gizli HəyatA Hidden Life (2019)

“Gizli Həyat” filmi alman ordusuna silah götürməkdən imtina edən və acı sona qədər güclü katolik inanclarına sadiq qalan hərbi xidmətdən imtina edən vicdanlı Frans Yaqerstötterin həyat hekayəsidir. Film Hitlerə sədaqət andı içməkdən imtina edən Avstriya katolik keşişi Frans Reynişin real həyat hekayəsi əsasında çəkilib.

38. SaxtaçılarThe Counterfeiters (2007)

Nasistlərin Bernhard əməliyyatı haqqında uydurma bir hekayə – Amerika və Böyük Britaniyanın iqtisadiyyatlarını saxta qeydlərlə dolduraraq sabitliyi pozmağa çalışan saxtakarlıq sxemi haqqındadır. “Saxtaçılar” filomi İkinci Dünya Müharibəsi tarixinin maraqlı bir hissəsinə fokuslanır.

37. İncə Qırmızı XəttThe Thin Red Line (1998)

Film öz səthində Guadalcanal Kampaniya döyüşünün uydurma versiyasından bəhs edir. Ulduzlarla dolu film uzun müddətdir ki, bütün zamanların ən yaxşı İkinci Dünya Müharibəsi filmlərindən biri hesab olunur.

36. Atalarımızın bayraqları – Flags of Our Fathers (2006)

Klint İstvudun “Atalarımızın Bayraqları” filmi bu döyüşün cəhənnəmini canlandırır və Co Rosenthalın “İvo Jimada Bayrağı qaldırmaq” adlı məşhur fotoşəkilinin arxasındakı əsl hekayəni göstərir.

35. Kör Nöqtə: Hitlerin katibiBlind Spot: Hitler’s Secretary (2002)

“Kor Nöqtə: Hitlerin Katibi” bu siyahıda öz yerini heyrətamiz kinematoqrafiyası və ya təsirli mövzusu (əslində, bunların heç birinə malik deyil) sayəsində deyil, faktlara sərt, çəkinməyən baxışı sayəsində qazanıb. Sənədli filmdə Hitlerin 1942-ci ildən müharibənin sonuna qədər şəxsi katibi olmuş Traudl Yunge ilə misli görünməmiş müsahibələr yer alır. Bir çoxumuz Hitler rejimi kimi zalım bir rejimə heç vaxt uyğun gəlməyəcəyimizi söyləyərik, lakin bu sənədli film bu inamı kökündən sarsıdır və fərdin şüurunun nə qədər asan yırğalandığını nümayiş etdirir.

34. Özgələrin qollarına: Uşaq nəqliyyat hekayələriInto the Arms of Strangers: Stories of the Kindertransport (2000)

İkinci Dünya Müharibəsini əhatə edən hekayələrin çoxu müharibənin dəhşətlərinə və qəddarlığına diqqət yetirir. “Özgələrin qollarına: Kindertransport hekayələri” isə əksinə, dünyanın indiyədək gördüyü ən pis faciələrin qarşısında belə insanların xeyirxahlığını, alicənablığını və cəsarətini vurğulayır. 1930-cu illərin sonlarında Kindertransport 10.000 yəhudi uşağı Böyük Britaniyaya təhlükəsiz yerə gətirir və bu ölkədə onlar yerli ailələr tərəfindən himayə olunurlar, onların bir çoxu heç vaxt öz doğma ailələrinə qovuşmadı. Warner Bros. sənədli filmi heç vaxt görülməmiş kadrlardan və bu uşaqların, himayədar ailələrin və xilasedicilərin sözləri həqiqətən sizin ürəyinizə toxunacaq.

33. Katın – Katyn (2007)

1940-cı ildə atası da daxil olmaqla təxminən 22.000 polşalı məhbusun sovet əsgərləri tərəfindən öldürüldüyü Katın meşəsi qırğınından bəhs edən bu dərin mənalı filmi Anjey Vayda çəkib. Güclü bir sənət əsəri olan film, həyatını itirənlərə böyük hörmətlə yaradılıb və eyni zamanda Polşanın illərlə cinayətin ört-basdır edilməsində iştirakına kənardan sərt baxışdır.

32. TəpəThe Hill (1965)

Təpə filmində hadisələr Şimali Afrikadakı İngilis intizam düşərgəsində baş verir. Ağ-qara lentə alınmış dramatik film əsgərlərə verilən dəhşətli işkəncələrdən bəhs edir. Film əsl cəsarətin və nəcibliyin nə olduğunu göstərir. Gənc Şon Konneri bu filmdə həbsdə olan qızıl ürəkli eskadron çavuşu Jo Robertsin obrazını yaradır.

31. Bizim Zamanımız GələcəkOur Time Will Come (2017)

2017-ci ildə “Bizim Zamanımız Gələcək” filminin nümayişi Honq-Konqun Çin hakimiyyətinə qayıtmasının 20-ci ildönümünə təsadüf etdi. İkinci Dünya Müharibəsi zamanı işğal olunmuş Honq-Konqdan ziyalıların təxliyə cəhdindən bəhs edən film, işğal olunmuş şəhərdəki həyatı, normallıq və gərginliyin qəribə görünən tarazlığını dəqiq şəkildə əks etdirir. Rejissor En Huey çoxlu sayda yerli aktyoru filmdə iştiraka dəvət etdiyi üçün hekayə orijinal göründü və böyük təriflərə layiq görüldü.

30. Təhlükəsiz DavranışSafe Conduct (2002)

Fransada nasistlərin işğalı zamanı Fransa kino sənayesi 200-dən çox film buraxmağı bacardı, hamısı müxtəlif səviyyələrdə möhtəşəm idi, lakin onların arasında bir dənə də olsun antisemit filmi yox idi. Fransız rejissoru Jan Devevrin real həyatdakı xatirələrinə əsaslanan “Təhlükəsiz Davranış” filmi bunun tam olaraq necə mümkün olduğunu göstərir. Film həmçinin müharibə zamanı sənətin rolundan bəhs edir və bir ölkənin öz resurslarını bu sahəyə sərf etməyinin əhəmiyyəti haqda düşünməyə çağırır.

29. Şöhrət günləriDays of Glory (2006)

“Şöhrət Günləri” bu siyahıda yer alan bir çox filmin nail olmadığına nail olur: o artıq döyüş meydanı haqda məlum olan hekayələrdən fərqli bir aktual hadisəni aşkar edir. Film Şimali Afrikadakı Fransız koloniyalarından olan, vətənləri uğrunda vuruşan və eyni zamanda silah qardaşlarının ayrı-seçkiliyi ilə üzləşən əsgərlərdən bəhs edir. Real həyatda Fransa 60-cı illərdə Afrikanın dekolonizasiyasından sonra bu əsgərlərin təqaüdlərini dondurmuşdu, lakin “Şöhrət Günləri” filmi işıq üzü gprdükdən sonra Prezident Jak Şirak tərəfindən onların təqaüdləri tam bərpa olundu.

28. SüqutDownfall (2004)

“Süqut ” filmindəki bütün hadisələr Adolf Hitlerin son günlərində Berlindən təxminən 30 fut uzaqlıqda yerləşən bunkerdə baş verir. Film Üçüncü Reyxin süqutunu, eləcə də onun dəli liderinin zehni tənəzzülünü nümayiş edir.

27. Külək güclənirThe Wind Rises (2013)

Hayao Miyadzakinin son layihəsi olan “Külək güclənir” anime üslubda çəkilmiş cizgi filmidir. Bu, Yaponiyanın qəddar imperialist kampaniyasında böyük rol oynayan və Perl Harbor kimi hadisələrdə istifadə edilən Mitsubishi A6M Zero qırıcı təyyarəsini hazırlayan Jiro Horikoshi-nin qondarma bioqrafiyasıdır.

26. SerafinaSeraphine (2008)

Fransız rəssamı Serafina Luinin həyatını İkinci Dünya Müharibəsi dövründə dəli olmasından və ölümdənbəhs edən edən fransız filmi “Serafina” ‘sl sənət haqqındadır.

25. Ştalaq 17Stalag 17 (1953)

“Ştalaq 17” komediya dramı, Amerika Hərbi Hava Qüvvələrinin bir qrup çavuşunun hərbi əsir düşərgəsində saxlanmasından və onlardan hansının alman casusu olduğunu müəyyən etməyə çalışan bir qrupdan bəhs edir. Billi Uaylder çəkdiyi filmin süjeti, əslində həmin düşərgədə dəfn edilmiş iki kişi tərəfindən yazılmış eyniadlı Brodvey pyesi əsasında yaradılıb. Filmin ciddiliyi (iki qaçmaq istəyən şəxs açılış səhnəsində pulemyotla öldürülür) və kobud yumorn səhnələri onun oxşar filmlər arasında seçilməsinə kömək edir və 1953-cü ildə Uilyam Holdenə Oskar Mükafatını qazandırdı.

24. Buradan əbədiyyətə – From Here to Eternity (1953)

13 Oskar mükafatına namizəd olan və onlardan səkkizini vətəninə gətirən “Buradan əbədiyyətə” İkinci Dünya Müharibəsi haqda ən yaxşı filmlərdən biridir. 1953-cü ilin klassik filmi Perl Harbora hazırlıq dönəmində Havaidə yerləşmiş üç əsgər haqqındadır və Ceyms Consun romanına əsaslanır.

23. 175-ci paraqrafParagraph 175 (2000)

Alman cinayət məcəlləsinin 175-ci bəndinə əsasən homoseksuallıq cinayət idi və 1933-cü ildən 1945-ci ilə qədər təxminən 100.000 kişi buna görə həbs edilib. Düşərgələrə göndərilən 10.000-15.000 nəfərdən yalnız 4.000-nin sağ qaldığı hesab edilirdi; bu sənədli film 2000-ci ildə çəkiləndə onlardan yalnız səkkizi sağ qalmışdı. Sağ qalanlar film boyu çəkdikləri işgəncələr və həbs düşərgələrində məruz qaldıqrı əziyyətləri xatırlayaraq qanunun iyrənc vəhşiliyi haqqında həqiqəti söyləyirlər.

22. KəffarəAtonement (2007)

Ian Makyüenin məşhur eyniadlı romanı əsasında çəkilən “Kəffarə” filmi İkinci Dünya Müharibəsi zamanı çəkilmiş fotogenik, romantik dramdır.

21. Gecə düşəcəkNight Will Fall (2014)

1945-ci ildə Britaniya hökuməti yeni azad edilmiş nasist konsentrasiya düşərgələrindəki həyat həqiqətlərini tarixə yazmaq məqsədi daşıyan layihəyə başladı. Bu sənəli film çəkilişləri qəfil ayanırılan və 60 il arxivlərdə çürüməyə məhkum olunan, yaradılmasında Alfred Hiçkok kimi şəxslərin içtirak etdiyi “Alman Konsentrasiya Düşərgələrinin Faktlarının İcmalı” adlı film haqqındadır. “Gecə düşəcək” sənədli filmi ilk filmin çəkilişlərindən bəhs edir – onun necə çəkildiyini və başına gələnləri – bu günə qədər heç vaxt geniş yayımlanmayan orijinalın ilk 12 dəhşətli dəqiqəsini nümayiş edir.

20. PianoçuThe Pianist (2002)

Holokostdan sağ çıxan Polşalı yəhudi haqqında olan və tənqidçilər tərəfindən bəyənilən “Pianoçu” filmi 2002-ci ildə nümayişdən sonra Qızıl Palma və bir neçə Oskar da daxil olmaqla, layiqli mükafatlar qazanıb. Vladislav Şpilmanın memuarları əsasında çəkilən filmin rejissoru Roman Polanskidir. Edrian Broudi filmə Vladislav Şpilmanın obrazını canlandırıb. 2016-cı ildə klassik pianoçu və bəstəkarın ailəsi onun Varşavanın yəhudi gettosunda polis məmuru kimi fəaliyyət göstərərək nasistlərlə əməkdaşlıq etdiyinə dair iddialara qarşı böhtanını təkzib edən məhkəmədə qalib gəlib.

19. Hirosima uşaqlarıChildren of Hiroshima (1952)

Eyni zamana bədii və sənədli film “Hirosimanın uşaqları” bombalamadan dörd il sonra doğma şəhəri Hirosimaya qayıdan gənc məktəb müəllimi Takako İsikavanın gözü ilə kədər və dağıntı içinə olan şəhəri göstərir. Yaponiya Müəllimlər İttifaqının sifarişi ilə çəkilmiş film, Arata Osada adlı universitet professoru tərəfindən toplanan real həyatda şahidlərin verdiyi məlumatlara əsaslanır. “Xirosima uşaqları” hələ də müharibə ilə bağlı təzə xatirələri daşıyan tamaşaçılar üçün ümid işığıdır.

18. Olum ya ölümTo Be or Not to Be (1942)

“Olum ya ölüm” Varşavada öz planlarını alt-üst etmək üçün özlərini nasist kimi göstərərək həyatlarını nümayiş etdirən bir qrup Polşa aktyoru haqqında qaranlıq komediya filmidir.

17. Qayıq – Das Boot (1981)

Volfqanq Petersenin “Qayıq ” dramının ən böyük personajı olan sualtı qayıq 10 fut x 150 fut ölçüdə olmaqla, onu ən yaxşı halda ekipajı üçün dar, ən pis halda isə kloustrofobik edir. İllər ərzində eposun bir neçə remeyki buraxılıb, o cümlədən 2019-cu ildə Hulu tərəfindən orijinaldan daha az tərif alan film.

16. Beşinci SəviyyəLevel Five (1997)

Elmi fantastika və İkinci Dünya Müharibəsi dramının orijinal qarışığı olan “Beşinci Səviyyə” Okinava döyüşünə əsaslanan strategiya oyunu yaratmağa çalışan bir video oyun tərtibatçısının hekayəsindən bəhs edir.

15. İngilis Pasienti The English Patient – (1996)

Ən Yaxşı Film nominasiyasında Oskar qazanan “İngilis Pasienti” romantik müharibə dramıdır. , İtalyan monastırında qalan, yanıqlardan vücudu tanınmaz vəziyyətə qəlmiş müharibə qurbanının, ona qulluq edən tibb bacısına əsl şəxsiyyətini xatırlamağa kömək etməyə çalışarkən izah etdiyi həyat hekayəsidir. Film 1996-cı ildə nümayiş olunduqdan sonra demək olar ki, universal tənqidi təriflər topladı və dünya üzrə 231 milyon dollar gəlir gətirdi (27 milyon dollarlıq büdcədən xeyli çox).

14. Müharibənin dumanı: Robert S. McNamaranın həyatından on bir dərs – The Fog of War: Eleven Lessons from the Life of Robert S. McNamara (2003)

Keçmiş müdafiə naziri Robert S. McNamara ilə 20 saatlıq müsahibədən ibarət olan film 2003-cü ildə müasir müharibənin reallığı dönəminə təsadüf edib. McNamaranın həyatından bəhs edən film, İkinci Dünya Müharibəsində iştirakından tutmuş Vyetnam müharibəsinin birinci yarısında verdiyi qərarlara qədər, keçmiş müharibələrin və qərarların nəticələrindən nələri öyrənə bilərik və təcrübələrin gələcək müharibələrdə necə dəyərləndirə bilərik, onu anlatır. Film 2003-cü ildə Ən Yaxşı Sənədli Film kimi Oskar mükafatı alıb.

13. Kvay çayındakı körpü – The Bridge on the River Kwai (1957)

“Kvay çayındakı körpü” Oskar mükafatı almış daha bir filmdir. Bu film Birmada Yapon ordusu üçün körpü tikib dağıtmağa cəhd edən iki hərbi əsir haqdadır. Bu, real həyatda baş verən hadisələrə, xüsusən də müttəfiq məhbusların yaponlar üçün Birma dəmir yolunu çəkməyə məcbur edilməsi faktına əsaslanır. Onlar filmdə canilər kimi təsvir edilsələr də, Yaponiya hökuməti filmin əsas mesajının müharibənin dəhşətləri və ağılsızlığı ilə bağlı olduğuna inandıqından Hollivudla əməkdaşlığa razılaşıb.

12. Böyük qaçış – The Great Escape (1963)

Britaniya məhbuslarının 1944-cü ilin martında Almaniyanın III Stalag Luft hərbi düşərgəsindən kütləvi şəkildə qaçması haqdadır. “Böyük Qaçış” iyirmi nəfərin nasistlərin işğalı altında olan ərazilərindən keçərək təhlükəsiz yerə qayıtmaqlarından bəhs edir.

11. Overlord – Overlord (1975)

” Overlord” filmi gözlənilən ölümü və döyüş maşınındakı öz rolu haqda düşünən gənc britaniyalı əsgəri haqqındadır. Ağ-qara filmdə döyüş səhnələri və bombardmanların real görüntüləri ilə qarışdırılır (onlar filmin təxminən 25%-ni təşkil edir), bu filmdə izlədiyimiz müharibəni böyük tarixi hadisə səltənətindən dərin şəxsi və fərdi bir drama çevrilməsinə kömək edir. Filmdaha canlı müharibə hekayələri arasında gözdən qaçan gizli inci kimi dəyərləndirilir.

10. İvo Jimadan məktublar – Letters from Iwo Jima (2006)

“Atalarımızın bayraqları” filmi ilə yanaşı “İvo Jimadan məktublar” filmi İvo Jima döyüşünü yapon əsgərlərinin nöqteyi-nəzərindən təsvir edir. Arxa-arxaya çəkilmiş bu iki film bir-birini bir çox cəhətdən əks etdirir, lakin sonuncunun məhkum edilmiş yaponlara olan rəğbəti və onların düşüncə tərzinə dərindən baxdığı həssaslıq həqiqətən “Məktubları” önə çəkir.

9. Şaulun oğlu – Son of Saul (2015)

“Şaulun Oğlu” filmi qaz kameralarını təmizləmək tapşırığı alan macar yəhudisinin bir gün yarım ərzində yaşadıqlarını əks etdirir. The Guardian-ın əməkdaşı Piter Bredşou, filmə baxdıqdan sonra, hətta baş verənlərin çox hissəsinin kadr arxasında qaldığına, təsvir edilməkdən çox nəzərdə tutulduğunu qeyd etdikdə belə, filmin seyrini şər və cəhənnəm yaşamaq kimi təsir göstərdiyini yazıb. Baxmaq nə qədər çətin olsa da, bu film çox az digər filmlərin bacara bildiyini edir: ən pis səhnələrin heç birini rəngləmədən və ya tərifləmədən Holokost zamanı həyatın dəhşətlərini dəqiq təsvir edir.

8. Patton (1970)

İkinci Dünya Müharibəsinin ən böyük generallarından biri olan Corc S. Pattonun tərcümeyi-halı olan film hərbi liderin 1942-ci ildən 1945-ci ildə vəfatına qədər olan karyerası haqda bəhs edir. Ssenarisi Frensis Ford Koppola tərəfindən yazılan film, Pattonun güclü və zəif tərəfləri, ən gözəl anları və ən böyük səhvlərini göstərir. Filmin hər anı tarixən dəqiq olmasa da, tamaşaçıların ona olan marağını azaltmadı və film sonda 61 milyon dollardan çox gəlir əldə etdi.

7. Sıravi əsgər Rayanı xilas etmək – Saving Private Ryan (1998)

“Sıravi əsgər Rayanı xilas etmək” filminin böyük ekranlara çıxışından sonra ilk bir neçə həftə ərzində Veteranlarla İş Departamentinin qaynar xətti işçilərinin sayını artıümaq məcburiyyətində qalıb, çünki filmin reallığa uyğunluğu nəticəsində hərbçilərin bir çoxu filmə baxdıqdan sonra posttravmatik stress keçirdib və məsləhət almağa ehtiyyacları olub. Rejissor Stiven Spilberq izləməsi çətin olan bir film çəkdiyini bilirdi və məhz buna görə də insan ların ona baxıb-baxmayacağından əmin deyildi. Nəticədə, hamı bu filmə baxdı və onun qazancı təxminən 500 milyon dollar oldu və o, həmin ilin mükafatlandırma mövsümündə bir çox mükafat aldı.

6. Həyatımızın Ən Yaxşı İlləri – The Best Years of Our Lives (1946)

Digər müharibəsi filmlərindən fərqli olaraq, “Həyatımızın Ən Yaxşı İlləri” filmindəki hadisələrin əksəriyyəti döyüş meydanından kənarda baş verir. 1946-cı ildə çəkilmiş film üç veteranın evə qayıtması və normal həyata qayıtmağa cəhdindən bəhs edir. Həm veteranlar, həm də onların yaxınları üçün çətin keçid haqqında qətiyyətlə dürüst olan film, o zaman Hollivud tərəfindən tamamilə diqqətdən kənarda qalan bir mövzuya toxunur və çox böyük mükafata layiq qörülür – “Həyatımızın Ən Yaxşı İlləri” səkkiz Oskar mükafatı alan ilk film olur.

5. Dunkerk – Dunkirk (2017)

Kristofer Nolanın ən son döyüş filmi olan “Dünkerk” müttəfiq qoşunlarının Dunkerk çimərliyindən quru, hava və dəniz yolu ilə evakuasiyası və ya “Dinamo” əməliyyatı haqda bəhs edir. Minimal dialoq sayı ilə geniş formatda çəkilmiş filmdə ayıqlıq hiss olunur və onun sonu faşizmə qarşı döyüşün bu gün də davam etdiyini xatırladır.

4. Schindlerin siyahısı – Schindler’s List (1993)

Spilberqin şah əsəri olan bu film alman nasisti Oskar Şindlerin 1200 yəhudini konsentrasiya düşərgələrinə aparılmaqdan və ölümdən xilas etməsi haqda bəhs edir. Üç saatdan çox davam edən və tamamilə ağ-qara rəngdə çəkilmiş (bir önəmli fraqmenti çıxmaqla) “Şindlerin siyahısı” filmi çətin anlaşılan və məhz bu səbəbdən inanılmaz dərəcədə vacib olan kino əsəridir. Film Holokostun Hollivudda təsvir tərzini dəyişdi və “Zolaqlı Pijamalı Oğlan” və “Həyat Gözəldir” kimi bir sıra hekayə tipli filmlərin çəkilişinə ilham verdi.

3. Kölgələr ordusu – Army of Shadows (1969)

“Kölgələr Ordusu” tamaşaçılara ümid və fatalizmin üst-üstə düşdüyü insan ruhunun nadir hallarda təsvir olunan xüsusiyyətinə nəzər salır. Film, fransız müqavimət hərəkatından bəhs edir. İlk dəfə Fransada nümayiş etdiriləndə film tənqidçilər tərəfindən və onu Şarl de Qola tərif kimi görən ictimaiyyət tərəfindən pislənmişdir. O vaxtlar nadir hallarda görülən bu kino əsəri indi Jan-Pyer Melvilin ən böyük əsəri hesab olunur.

2. Şoa- Shoah (1985)

Doqquz saatdan çox davam edən, Holokost haqqında fransız sənədli filmi olan “Şoa” bəşər tarixinin ən pis fəsillərindən birini xatırlamağa gəldikdə çox az toxunulmamış məqam saxlayır və mənbələri üzə çıxarır. Bununla belə, Klod Lanzmannın çəkməyi lazım bildiyi meqa-sənədli film heç də depressiv deyil – əslində filmin ümumi təəssüratı həyatı ehtirasla təsdiqləməkdən ibarətdir. Tənqidçi Rocer Ebert filmi tərifləyərək bildirib ki, o, tamaşaçını böyük əksəriyyətimizin yalnız kənardan yaşamış olduğu bir hadisənin içinə salır.

1. Kasablanka – Casablanca (1942)

İkinci Dünya Müharibəsi haqqında filmlərin həvəskarı olsanız da, olmasanız da, “Kasablanka”nı görmə şansınız yüksəkdir. Baş rollarda İnqrid Berqman və Humfri Boqartın oynadığı klassik film, almanlara qarşı mübarizəni davam etdirmək üçün sevdiyi qadın və onu əri ilə Kasablankadan qaçmağa kömək etmək kimi vəzifəsi arasında seçim etməli olan amerikalı qürbətçinin hekayəsindən bəhs edir.

Leave a Reply Cancel reply