Qabiliyyat imtahanın nəticələri ilə bağlı appelyasiya müraciətlərinin qeyiyyatı üç gün aparılacaq

Təsviri sənət istiqamətinin Dekorativ tətbiqi sənət (15) və Dizayn (14) komissiyaları üzrə imtahan nəticələrindən apellyasiyaya müraciət etmək istəyən abituriyentlər 29 iyun – 1 iyul tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, apellyasiya günləri 1 iyul tarixindən sonra məlum olacaq və bununla bağlı abituriyentlərə elektron ərizələrindəki əlaqə vasitələri ilə məlumat veriləcək.

Təsviri sənət istiqamətinin digər komissiyaları üzrə apellyasiyalar imtahandan sonrakı iş günündə imtahan keçirilən binada təşkil edilir.

Bədən tərbiyəsi və idman istiqaməti üzrə imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət etmək istəyənlər imtahan verdikləri gün müraciətlərini təqdim etməlidirlər.

Musiqi sənəti və Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə imtahan nəticələrindən Apellyasiya komissiyalarına imtahan növbəsi (səhər və axşam növbələri olur) bitdikdən sonra müraciət etmək mümkündür.

Qeyd: İstiqamətlər üzrə yalnız yuxarıda göstərilən tarix və günlərdə apellyasiya müraciətləri qəbul olunur.

Leave a ReplyCancel reply