ATƏT-in Minsk qrupu fəaliyyətini dayandırır – VİDEO

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun birgə mətbuat konfransı Xarici İşlər Nazirliyinin Instagram səhifəsində canlı yayımlanıb.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransı zamanı deyib ki, ATƏT Minsk qrupu öz mövcudluğunu dayandırıb.

O, eyni zamanda qetd edib ki, Rusiya və Azərbaycan informasiya təhlükəsizliyi sahəsində saziş imzalayıb: “Azərbaycanla Rusiya arasında təmaslar yüksək səviyyədə daim reallaşdırılır. Bu gün Ceyhun Bayramovla əməkdaşlıq barədə məhsuldar danışıqlar keçirdik. Fevralda əməkdaşlığımızın onsuz da yüksək olan səviyyəsi hüquqi cəhətdən rəsmiləşdirildi. Ölkələrimiz arasında təmaslar ən yüksək səviyyədə daim reallaşdırılır. Ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollar – rekord səviyyədədir. Azərbaycan və Rusiyanın Qarabağın bərpasında birgə iştirakı əməkdaşlığımızda vacib məqamdır. Biz Rusiya şirkətlərinin Qarabağda bərpa işlərində iştirak etməkdə marağını təsdiq edirik. Rusiya tərəfi regionda sülhün qurulması, sərhədin delimitasiyası prosesi üçün zəruri xidmətləri göstərməkdə davam edəcək”.

S. Lavrov qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyanın ikinci iclasının Moskvada keçirilməsi razılaşdırılıb, indi biz hər iki tərəf üçün uyğun olacaq vaxtı müəyyən edilir: “Bir neçə gün əvvəl İrəvana səfərim zamanı baş nazir və xarici işlər nazir ilə danışmışıq. Onlar komissiyanın ikinci görüşündə iştirakla bağlı hazır olduqlarını ifadə ediblər. Bu görüş Moskvada razılaşdırılıb, indi hər iki tərəf üçün uyğun vaxtı seçirik. Mən tərəflərin fikirlərini dəyişdiyi, bu prosesdə iştirak etmək istəmədiyi barədə hər hansı siqnal görməmişəm. Əksinə, mən həm İrəvanda, həm də bu gün burada təsdiq almışam ki, delimitasiya bu mərhələdə bütün səylərin ən vacib komponentidir”.

Öz növbəsində nazir Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşma prosesinin uzanması özü ilə risklər gətirdiyini qeyd edib.

Nazir onuda bildirib ki, Rusiya və Azərbaycan nəqliyyat əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir.

C. Bayramov, Rusiyanın Azərbaycanın üçüncü ən iri ticari-iqtisadi tərəfdaşı oldunuda vurğulayıb.

Qeyd edək ki, bu gün xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında təkbətək görüş olub. Görüşdən sonra Azərbaycan və Rusiya xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüşü olub.

Leave a Reply Cancel reply