Reqionlarda hava dəyişəcək

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 16-21° isti olacaq.

İyunun 27-dək bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir 20-25  m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Leave a Reply