Rəsul Rzanın ev-muzeyinin yaradılacaq

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, Sərəncamda, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rza milli poetik fikir salnaməsinə yeni səhifələr yazan novator sənətkar kimi böyük şöhrət qazanmış, ana dilinin zənginliklərindən uğurla faydalanaraq, yarım əsrə yaxın dövr ərzində daim yüksək bədii dəyəri ilə seçilən çox sayda əsərlər yaratmış, eyni zamanda ölkənin ictimai və mədəni həyatında yaxından iştirak edərək, genişmiqyaslı dolğun fəaliyyəti ilə tanındığı qeyd edilib.

Sərəncama əsasən, Xalq şairi Rəsul Rzanın Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi tapşırılıb.

Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn digər məsələlərin həll edilməsi həvalə edilib.

Leave a Reply