Qeyri-neft məhsullarının ixracı 30,9% artıb

İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri-neft məhsulları-nın ixracındakı müsbət tendensiya davam edir.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Twitter hesabında paylaşımında yazıb.

“Bu ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9% artaraq 1 mlrd. 188 mln. dollar təşkil edib”, – deyə, nazir tvitində qeyd edib.

Leave a Reply