Qabiliyyət imtahanına hazırlaşan konsertmeysterlər nələri biməlidirlər?

Musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər 23 iyun tarixindən etibarən https://eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, bir konsertmeyster bir növbə ərzində ən çoxu üç abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

İxtisaslarKomissiya kodu
İnstrumental ifaçılıq (alətlər üzrə)20,21,22,23,31
Vokal sənəti (sahələr üzrə)24, 25, 28
Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə)26, 36
Dirijorluq (sahələr üzrə)27
Bəstəkarlıq29
Musiqi müəllimliyi32
İnstrumental ifaçılıq (alətlər üzrə)4302, 4402
Vokal sənəti (sahələr üzrə)4701, 4702, 4501, 4502
İnstrumental ifaçılıq (alətlər üzrə)220, 221, 222, 230
Vokal sənəti (sahələr üzrə)223, 224
Aşıq sənəti4102
Aşıq sənəti227

Konsertmeysterlər əvvəlcə https://ekabinet.dim.gov.az// linkinə daxil olub şəxsi kabinet (kabineti olmayanlar) açmalıdırlarlar. Şəxsi kabinet açdıqdan sonra https://eservices.dim.gov.az/wpfqab/ linkinə daxil olub şəxsi kabinetin istifadəçi adı və parolunu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra “əlavə et” düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib “Axtar” düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra “Yadda saxla” düyməsini basmaq tələb olunur.

Abituriyentləri əlavə edib “Çap et” düyməsini basmaqla buraxılış vərəqəsini çap etmək lazımdır.

Leave a Reply