Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun növbəti iclası keçiriləcək.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, iclas 2022-ci il 24 iyun tarixində saat 16:00-da onlayn formada (Zoom platforması üzərindən) təşkil ediləcək.
İclasda işçi qrupunun 2022-ci il üzrə Fəaliyyət Planında əks olunmuş tədbirlərin icrası ilə bağlı hesabatların dinlənilməsi nəzərdə tutulur.
Qeyd olunan fəaliyyət sahəsi üzrə təklif vermək və ya işçi qrupun iclasında iştirak etmək arzusunda olan şəxslər https://azranking.az saytında “Onlayn müraciət” səhifəsinə daxil olaraq müraciət edə bilərlər.