Dövlət İmtahan Mərkəzinin “İnformatika” vəsaiti nəşr olunub

İmtahanlara hazırlaşanlara elmi-metodiki kömək göstərilməsi DİM-in fəaliyyətinin mühüm istiqamət­lərindəndir. Abituriyentlər, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulmuş DİM-in yeni “İnformatika” vəsaiti də bu istiqamət üzrə görülən işlərin davamıdır.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, vəsaitdə qəbul proqramına daxil edilmiş bütün mövzular əhatə olunub. Burada nəzəri materialla bərabər, hər mövzunun sonunda müstəqil qiymətləndirmə tapşırıqları və bölmənin sonunda isə ümumi yekunlaşdırıcı tapşırıqlar verilib.

Vəsaitdə situasiya tipli tapşırıqlar da təklif olunur ki, bunlar da biliklərin qaza­nılmasında, bacarıq və vərdişlərin forma­laş­ma­sında böyük rol oyna­yır. Qeyd etmək lazımdır ki, situasiya tipli  tapşırıqlar fənn kurikulumunun təlim nəticələrinin yoxlanılmasına və qiy­mət­ləndirilməsinə daha yaxşı imkan verir.  Belə ki, bu tipli tapşırıqlarla situasiya daxilində verilənləri görə bilmək baca­rı­ğı, qoyulmuş sualların cavablan­dır­ılması üçün tətbiqetmə vərdişləri, müxtəlif  vəziy­yət­lərdə qərarvermə, habelə alınmış nəticə­ləri təqdim­­­­­etmə bacarıqları yoxlanılır. Situasiya tipli tap­şırıq­ların üstün cəhətlərindən biri də müxtəlif məzmun xətlərinə aid alt standartların birgə yoxlanıla bilməsidir.

Vəsait aşağıdakı bölmələrdən ibarətdir:

1. İnformasiya və informasiya prosesləri

2. Say sistemləri

3. İnformasiyanın kodlaşdırılması və miqdarının ölçülməsi

4. Modelləşdirmə

5. Kompüterin aparat təminatı

6. Kompüterin proqram təminatı

7. Əməliyyat sistemi

8. Mətnlərin emalı

9. Elektron cədvəllər

10. Verilənlər bazası

11. Alqoritm

12. Proqramlaşdırma

13. Kompüter şəbəkələri

14. İnternet

15. Veb-proqramlaşdırma

16. İnformasiya təhlükəsizliyi

Vəsaiti iyunun 28-dən etibarən “Abituriyent” satış köşkündən (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28, 8 Noyabr metrostansiyasının yanı), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkün olacaq.

Leave a ReplyCancel reply