BMT “Diplomatiyada Qadınların Beynəlxalq Günü” Qətnaməsini qəbul edib

Azərbaycan BMT Baş Assambleyasının 24 iyun tarixini “Diplomatiyada Qadınların Beynəlxalq Günü” elan edən Qətnaməsinin əsas müəllifi olmaqdan qürur duyur.

TIME  Trend-ə istinadən bildirir ki, bu barədə Xarici İşlər Nazirliyi rəsmi “Twitter” hesabında məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra qadın hüquqlarının müdafiəsi ilə bağlı demək olar ki, bütün beynəlxalq sənədləri ratifikasiya edib və qadınlara bərabər siyasi hüquqlar verən ilk İslam ölkəsi olub.

Leave a ReplyCancel reply