Bəzi ərazilərdə içməli suyun verilməsində məhdudiyyət olacaq

İçməli suyun verilməsində məhdudiyyətlər Bakı şəhərlərinin iki rayonunda olacaq.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonu 7-ci və 8-ci mikrorayonlara, həmçinin Nərimanov rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət yaranıb.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Leave a Reply