“AzerGold” adından fişinq hücumları həyata keçirilir

Son günlərdə “AzerGold” QSC adından istifadə edilməklə müxtəlif “investisiya” layihələrinə qeydiyyat adı ilə saxta reklam kampaniyaları təşkil olunaraq fişinq hücumları həyata keçirilir.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, müxtəlif internet resursları, o cümlədən sosial şəbəkə platformaları vasitəsilə həyata keçirilən və dələduzluq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə təqdim edilən keçidlərə daxil olmamağı, yalnız QSC-nin xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə edilir.

“Diqqətə çatdırırıq ki, bu cür paylaşımların “AzerGold” QSC-nin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”,- deyə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin məlumatında qeyd edilib.

Onuda bildirək ki, dələduzlar daha öncə ARDNF və SOCAR indi isə AZƏRGOLD adından istifadə etməklə müxtəli investisiya layihələrinə qeydiyyat adıyla şirnikləşdirici fişinq hücumlarını Google, Youtube, Facebook kimi müxtəlif yollarla sosial media resurslarında video və xəbər kimi reklam etməyi davam etdirirlər.

“Hər kəsi dələduzluq məqsədi ilə yayımlanan belə paylaşımlara qarşı ehtiyatlı olmağa, belə keçidlər haqda https://blacklist.gov.az domeni üzərindən məlumatlandırmanı həyata keçirərək kibergigiyenamızı birgə gücləndirməyə çağırırıq”.

Leave a Reply