Məişət zorakılığından əziyyət çəkən insanlar üçün sığınacaqların sayının artırılmasına çox böyük ehtiyac var.
TIME bildirir ki, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib ki, zorakılıq faktları var və vətəndaşlar sığınacaqlarla təmin edilməlidir.
“Elə etməliyik ki, bəzi qeyri-peşəkarlar yaranan boşluqlardan istifadə etməsinlər”, – deyə H. Hüseynova əlavə edib.