İsveçrədə Robert Valserin Azərbaycan dilinə tərcümə olunmuş romanının təqdimatı keçirilib

Cari ilin 20 iyun tarixində məşhur isveçrəli yazıçı Robert Valserin Azərbaycan dilinə tərcümə olunmuş “Dələduz” əsərinin Bern şəhərində fəaliyyət göstərən Robert Valser Mərkəzində təqdimatı keçirilib.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, sözügedən tədbirdə İsveçrədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri iştirak edib.

Robert Valser Mərkəzinin rəhbəri Reto Sorq nitqi zamanı R.Valserin mürəkkəb həyat yolu və yazıçının yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Robert Valser Mərkəzi və burada nümayiş etdirilən sərgi ilə tanışlıq olub.

Tədbirdə iştirak edən Bern Musiqi Məktəbinin tələbəsi Amil Abdullayev qonaqlar üçün pianoda Azərbaycan musiqi incilərini ifa edib.

Təqdimatda çıxış edən səfir Fuad İsgəndərov Səfirlik tərəfindən həyata keçirilən və müxtəlif sahələri əhatə edən tədbirlər barədə məlumat vermiş və mədəni sahədə təşkil olunan tədbirlərin xüsusi vacibliyini vurğulayıb. Səfir F.İsgəndərov diasporumuzun üzvlərini bundan sonra da daha fəal olmağa və Azərbaycanla İsveçrə arasında olan münasibətlərin inkişafına öz töhfələrini əsirgəməməyə çağırıb.

Tədbirin sonunda Səfirliklə Robert Valser Mərkəzi arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair razılıq əldə olunub.

Leave a Reply