Azərbaycanın neft və qaz ixracından əldə etdiyi gəlirlər ilk dəfə olaraq bərabərləşıb

Bu ilin 5 ayında Azərbaycanın neft ixracından və qaz ixracından əldə etdiyi valyuta gəlirləri tarixdə ilk dəfə təxminən bərabər olub.

TIME  bildirir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsinin müzakirəsi zamanı komitənin sədri Tahir Mirkişili deyib ki, bu ilin 5 ayında neft ixracından 3,8 milyard dollar, qaz ixracından 3,5 milyard dollar gəlir əldə olunub.

Leave a Reply