DİM tender elan edib

Dövlət İmtahan Mərkəzi Server infrastrukturu üçün avadanlıqların və proqram təminatlarının lisenziyalarının satın alınması üçün açıq tender elan edib.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, iddiaçılar Müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak haqqı 350 manat

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri vahid Portal vasitəsi ilə təqdim etməlidirlər:

– tenderdə iştirak etmək üçün yazılı müraciət;

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

– son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

– son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

– tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

– tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

– iddiaçının müvafiq sahədə peşəkarlığını və iş təcrübəsini, eləcə də texniki imkanlarını əks etdirən məlumatlar;

– təqdim olunan malların istehsalçı tərəfindən verilmiş MAF sənədi olmalıdır;

– İddiaçının Azərbaycanda ehtiyat hissələri anbarı olmalı, rəsmi və sertifikatlaşdırılmış mühəndisləri olan servis mərkəzi olmalıdır;

– mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 8 iyul 2022-ci il saat 11:00-dək vahid Portala yükləməlidirlər.

Tender təkliflinin (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır) və bank zəmanətinin (tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü artıq qüvvədə olmalıdır) təqdim olunma tarixi 20 iyul 2022-ci il saat 15:00-dək.

Göstərilən vaxtdan gec təqdim olunan tender təklifləri qəbul olunmayacaq.

Təkliflər 21 iyul 2022-ci il saat 11.00-da açılacaqdır.

Tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən “Əsas şərtlər topIusu”nda müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edilir.

İddiaçıların tender təklifi, həmçìnin tenderlə əlaqədar bütün yazışmalar və sənədlər vahid Portal vasitəsi ilə Azərbaycan dilində həyata keçirilməlidir. Qiymət təklifləri Azərbaycan manatı ilə verilməlidir.

Əlaqələndirici şəxs: İlham Əliyev, telefon: 310-53-16, daxili 1704

E-mail: i.aliyev@dim.gov.az, Ünvan: AZ1138, Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi 299.

Leave a Reply Cancel reply