Leyla Əliyeva IUCN və WWF ilə reqionda təbiətin mühafizəsi üzrə perspektivləri müzakirə edib

İyunun 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Qland şəhərində Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin (IUCN) baş direktoru Bruno Oberle və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) baş direktoru Marco Lambertini ilə ikitərəfli görüşlər keçirib.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, görüşlər zamanı təşkilatlar arasında mövcud əməkdaşlıq, eləcə də Azərbaycanda və regionda təbiətin mühafizəsi üzrə yeni birgə təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə olunub.

Leave a Reply