Binəli Yıldırım Fateh Sultan Mehmedin qılıncının eynisini Prezident İlham Əliyevə hədiyyə edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Türkiyə Respublikasının sabiq Baş naziri Binəli Yıldırımı qəbul edib.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Binəli Yıldırım Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirdi, bu tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Qonaq Forumun dünya miqyasında ən mühüm tədbirlərdən biri olduğunu bildirdi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Forum iştirakçılarına müraciətini çatdırdığını məmnunluqla qeyd edib.

Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə ötən gün Şuşada beynəlxalq konfransının keçirilməsinin önəmini vurğulayan Binəli Yıldırım həmin tədbirdə də vacib müzakirələrin aparıldığını dedi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Binəli Yıldırım dövlətimizin başçısına xatirə hədiyyəsini təqdim edərək bildirdi ki, bu, İstanbulu fəth edən Fateh Sultan Mehmedin qılıncının eynisidir və Qarabağın fatehi Prezident İlham Əliyevə hədiyyə olunur.

Leave a Reply