Türkiyə yeni peyk istifadəyə verir

19 dekabr 2021-ci ildə kosmosa buraxılan TÜRKSAT 5B peyki bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı proqramla istifadəyə veriləcək.

TIME Trend-ə istinadən bildirir ki, TurkicWorld Türkiyənin yeni peykinin orbit sınaqlarını uğurla tamamladığı ilə bağlı məlumat yayıb.

TÜRKSAT 5B peyki bütün Yaxın Şərq, Fars körfəzi, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Şərqi Afrika, Nigeriya, Cənubi Afrika və qonşu ölkələrə də xidmət göstərəcək.

Məlumata görə, Türkiyənin yerli rabitə peyki TÜRKSAT 6A-nın istehsal və inteqrasiyası üzrə iş davam edir. TÜRKSAT 6A tamamlandıqda Türkiyə dünyada öz rabitə peykini istehsal edə bilən 10 ölkə arasında yer alacaq.

Leave a Reply