23 saylı məktəbdə “Son zəng” necə keçdi? – FOTO/VİDEO

Bu gün Bakının aparıcı məktəblərindən biri olan Tahir Həsənov adına 23№-li məktəbdə “Son zəng” ilə bağlı möhtəşəm tədbir keçirilib.

TIME  bildirir ki, tədbirə hazırlıq işləri artıq bir neçə həftədir ki, aparılır. Ötən həftə 11-ci sinif şagirdləri bu ilin “birinciləri” ilə görüşüblər və onlara hədiyyələr təqdim ediblər.

Tədbirdə məşhur xarici və yerli musiqi kompozisiyaları sədaları altında hər bir sinif bədii proqramla çıxış etdi. Məktəblilər tədbirin qonaqlarına teatrallaşdırılmış səhnəciklər, rəqs nömrələri və şeirlər təqdim etdilər. Məktəb direktoru Nigar Hənifəyeva və müəllimlər məzunlara ürək sözlərini dedilər.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətinin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev iştirak etdi.

İcra Başçısı Asif Əsgərov səmimi çıxışı ilə məzunları təbrik etdi, onlara Vətənimizə layiq övladlar olmağı arzuladı.

Bu il 5 buraxılış sinifinin məzunarı məktəblə vidalaşır. Məktəbdə Azərbaycan və rus sektorları üçün paralel olaraq tədris keçirilir.

Tədbirdə çəkilişlərin aparılması üçün drondan istifadə edildi.

Daha sonra ənənəvi olaraq müəllimlər, şagirdlər və valideynlər xatirə şəkilləri çəkdirdilər.

Leave a Reply