Ünvanlı dövlət sosial yardımın məbləği 334 manat olub

Ünvanlı yardımın məbləği son bir ildə 31 faiz artıb.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosial yardımında da artım davam edir.

2022-ci ilin may ayında bir ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği
ötən ilin müvafiq dövrünə nisbətən 31 faiz artaraq 334 manata çatıb.

Ünvanlı yardımın təyin edilməsi üçün ehtiyac meyarının həddi 17,6 faiz və ya 30
manat artırılaraq 2022-ci il üçün 200 manat məbləğində müəyyən edilib.

Leave a Reply