İyun ayının pensiyalarının tam ödəniləcəyi vaxt açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu iyun ayının pensiyalarının tam ödəniləcəyi vaxt açıqlayıb.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, respublika üzrə iyun ayının pensiyalarının ayın 14-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

Müavinət və təqaüdlərin ödənişi barədə yaxın günlərdə məlumat təqdim olunacaq.

Leave a Reply