Azərbaycan Kinematoqrafçılar İttifaqının sədrinin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətləri təsdiq edilib

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Rasim Balayevin və İdarə Heyətinin yeni tərkibinin səlahiyyətlərini təsdiq edib.

TIME   rəsmi mənbəyə istinadən bildirir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvlərinin siyahısı aşağıda təqdim edilib:

Rasim Balayev (AKİ-nin sədri, Xalq artisti)

Anar Rzayev (Azərbaycan Yazıçılar Birliyinbin sədri, AKİ-nin katibi, Xalq yazıçısı)

Cəmil Fərəcov (kinorejissor, Əməkdar incəsənət xadimi)

Baba Vəziroğlu (AKİ-nin katibi, şair, Əməkdar incəsənət xadimi)

Əli İsa Cabbarov (AKİ-nin katibi, kinorejissor)

Həmidə Ömərova (AKİ-nin katibi, Xalq artisti)

Oleq Səfərəliyev (AKİ-nin katibi, kinorejissor)

Firəngiz Qurbanova (Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, rejissor, Əməkdar incəsənət xadimi)

Ziya Şıxlinski (kinorejissor, Əməkdar incəsənət xadimi)

Əsəd Əsədov (səs operatoru, Əməkdar mədəniyyət işçisi)

Nizami Abbas (kinorejissor, Əməkdar incəsənət xadimi)

Mirbala Səlimli (teatr və kino rejissoru, Əməkdar incəsənət xadimi)

Lalə Əfəndiyeva (prodüser, “Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu” İctimai Birliyinin direktoru)

Cavid İmamverdiyev (kinorejissor, prodüser)

Tahir Tahiroviç (kinorejissor)

Şükufə Yusupova (Xalq artisti)

Məbud Məhərrəmov (Xalq artisti)

Qulu Məhərrəmli (filologiya elmləri doktoru, professor)

Fatimə İbrahimbəyova(MDB Ölkələri Kino İttifaqları Konfederasiyasının təşkilat katibi, prodüser)

Nadir Bədəlov (sənətşünas, ssenarist)

Rövşən İsax (kinorejissor, prodüser).

Leave a Reply Cancel reply