Mərkəzi Bankda pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi mövzusunda görüş olub

Mərkəzi Bankda ölkədə həyat sığortası sahəsi üzrə fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətlərinin rəhbərləri ilə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda görüş keçirilib.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, görüş zamanı Mərkəzi Bank tərəfindən həyat sığortası sahəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması risklərinə, praktiki nümunələrinə, xüsusi indikatorlarına və bu sahədə qanunvericiliyin tələblərinə dair geniş məlumat verilmiş, sözügedən istiqamətdə daxili nəzarət sistemlərinin davamlı təkmilləşdirməsi məsələləri ətrafında müzakirə aparılmışdır.

Leave a Reply