İnnovativ yeni nəsil “Asan imza” şəxsi kabinetindən necə istifadə edilir?

Azər baycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanda innovativ yeni nəsil “Asan imza” şəxsi kabinetindən istifadə qaydaları ilə bağlı maarifləndirici video çarx hazırlayıb.

TIME  rəsmi mənbəyə istinadən bildirir ki, video çarxda şəxsi kabinetdə “Asan imza” istifadəçisinə təqdim edilən imkanlar haqda məlumat verilib.

Yeni nəsil “Asan imza” şəxsi kabinetində istifadəçilərə aşağədakı imkanlar təqdim edilir:

  • FİN-ə bağlı bütün “Asan imza” nömrələrinin statusu və həmin nömrələrdə olan sertifikatlar barədə ətraflı məlumat
  • Əlavə “İş” və ya “Dövlət” tipli sertifikatlar üçün ərizə ilə müraciət
  • Qüvvədə olan sertifikatların etibarlılıq müddətinin uzadılması
  • İstifadəçi İD-nin dəyişdirilməsi
  • Son 3 (üç) ay ərzində imzalanmış bütün tranzaksiyalar (PİN2) ilə bağlı ətraflı məlumat
  • Müəssisə və təşkilat rəhbəri üçün nəzərdə tutulan “icazələr”in idarə eilməsi

Leave a Reply