Bu gün 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi başlayıb.
TIME rəsmi mənbəyə istinadən bildirir ki, Formula 1 Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində keçirilir.
3 yüksəksürətli hissədən və 20 döngədən ibarət olan Bakı trekinin uzunluğu 6 kilometrdir. Trekdə maksimal sürət 360 km/s təşkil edir. Yarışlarda 10 komanda iştirak edir.
Bu gün Bakı trekində Formula 1 bolidləri 2 məşq sessiyası keçirəcək, sabah isə F1 pilotlarının kvalifikasiya sessiyası keçiriləcək.
Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün 9 tribunada 16700 oturacaq quraşdırılıb.